21 C
Baku
Sunday, June 2, 2024

Daha bir Afrika ölkəsində hərbi çevriliş baş verib

Mərkəzi Afrika ölkəsi olan Qabonda bir qrup yüksəkrütbəli hərbçi tərəfindən dövlət çevrilişi edilib.

Bu ölkənin dövlət başçısı Əli Bonqonun üçüncü dəfə prezident seçkilərində qalib gəlməsindən dərhal sonra hərbçilərdən ibarət qrup onun prezidentliyini tanımadığı və bütün hakimiyyəti öz əllərinə aldığını bəyan edib. “Gabon-24” telekanalında çıxış edən hərbçinin bəyanatına hökumətdən cavab gəlməyib. Hərbçilər bildiriblər ki, hökumətin, parlamentin, seçki komissiyasının fəaliyyəti qadağan edilir.

Bu, 2020-ci ildən bəri Qabonda baş vermiş səkkizinci çevrilişdir. Bundan əvvəl Mali, Burkina-Faso, Çad və Nigerdə də hərbi çevrilişlər olub.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər