Avqustun 15-də, saat 11:00-da “Bakıyoltexnikatəmir” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Albalı stansiyasında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ötənilki fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi, Müşahidə Şurasının, İdarə Heyətinin və müfəttişin seçilməsi, eləcə də digər məsələlər daxildir.
Xatırladaq ki, “Bakıyoltexnikatəmir” ASC 2005-ci ildə yaradılıb.