Aprelin 10-dan “Bakı Metropoliteni” QSC-nin “Azadlıq prospekti” stansiyası (Süleyman Sani Axundov küçəsi) ilə Abşeron rayonunun Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Banker.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
“İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək”, – deyə agentlik bəyan edib.