21 C
Baku
Tuesday, October 8, 2024

Daha bir Azərbaycan bankı elektron arayışlar verməyə başlayıb

İlk dəfə “Elektron Hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən tətbiq olunan, şəffaf idarəçilik vasitələrindən biri kimi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilən elektron arayışlardan istifadə edən bankların sayı artmaqdadır.

Bu gündən etibarən “Azərbaycan Sənaye Bankı” ASC gündəlik iş proseslərini, eləcə də vətəndaşların kredit müraciətlərini sadələşdirmək məqsədilə elektron arayışların tətbiqinə keçəcək. Sözügedən bankın müştəriləri yalnız şəxsiyyət vəsiqəsi ilə iş yerindən, yaşayış yeri üzrə və digər lazımi arayışları yerindəcə elektron (onlayn) şəkildə formalaşdıraraq kreditlərini rəsmiləşdirə biləcəklər.

“Elektron arayış”ları aktuallaşdıran üstünlüklər aşağıdakılardır:

– Günün istənilən vaxtında, istənilən yerdən əldə etmək mümkünlüyü;
– Vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi;
– Əks olunan informasiyanın tamlığı;
– Hüquqi əsasının QR kod və ştrix kodla təsdiqi;
– Aidiyyatı şəxs tərəfindən arayışın mövcudluğunun yoxlanılması.

Qeyd edək ki, hazırda 20-dən çox bank və bir neçə lizinq şirkəti müştərilərinin müraciətlərini elektronlaşdıraraq zəruri rəsmiləşdirmə prosedurlarını “Elektron Hökumət” portalı üzərindən icra edir.

Son xəbərlər
Digər xəbərlər