10 C
Baku
Wednesday, December 11, 2024

Daha bir balıq təsərrüfatı daxili bazara məhsul çıxaracaq

Azərbaycanda daha bir balıq təsərrüfatı daxili bazara məhsul çıxaracaq.

Banker.az “Azərtac”a istinadən xəbər verir ki, Astara rayon Kələdəhnə kənd ərazisində ümumi sahəsi 1 hektar olan “Beluqa Astara” MMC-nin yaradılmasına 2017-ci ildən başlanılıb. Nərəcinsli balıqların körpələrinin bir hissəsi Varvara balıqçılıq müəssisəsindən, qalanı isə Xıllı nərə balıqartırma zavodundan alınıb. Burada müxtəlif yaşda və çəkidə bölgə (beluqa), uzunburun, nərə və çökə balıqları yetişdirilir.

Təsərrüfat sahibi Muxtar Şiriyevin sözlərinə görə, yetişdirilən nərəcinsli balıq körpələri böyüdülərək əmtəəlik məqsədilə istifadə ediləcək. O, həmçinin istehsal edilən məhsulların bir hissəsinin yerli bazarlara çıxarılmasının nəzərdə tutulduğunu açıqlayıb.

Sahibkarın sözlərinə görə, burada ilkin mərhələdə il ərzində 5 tona yaxın, qarşıdakı illərdə isə 30 tona yaxın balıq əti və kürü əldə olunacaq. İstehsal olunan məhsul yerli bazarın tələbatının ödənilməsinə yönəldiləcək. “Hələki satışımız olmayıb. İnşallah bu il ilk satışımızı həyata keçirməyi planlaşdırırıq. İlkin mərhələdə il ərzində 5 tona yaxın balıq ətini satışa çıxaracağıq. Sonrakı illərdə isə bu çəki 25-30 tona yaxın olacaq. Kürü satışımız isə 3-4 il sonra həyata keçiriləcək”, – deyə o əlavə edib.

 

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər