31 C
Baku
Wednesday, August 10, 2022

Daha bir bank ƏDV-nin qaytarılması sisteminə qoşuldu

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) www.edvgerial.az portalına qoşulub.

Bununla da portalda olan müvəkkil bankların sayı 2-yə çatıb.

Beləliklə yeni yaradılmış edvgerial.ibar.az linki vasitəsi ilə bank müştəriləri toplanan vəsaitləri idarə edə bilərlər.

Qeyd edək ki, 2020-ci ilin martından qüvvəyə minən sərəncamla fəaliyyətə başlayan portalın sifarişçisi Dövlət Vergi Xidmətidir. Bu günə qədər portalın yeganə müvəkkil bankı “Kapital Bank” ASC idi.

Qeyd edək ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasına görə, qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10 % təşkil edir.

Son xəbərlər
Oxşar xəbərlər