Növbəti bank olan United Credit Bankı Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbini yerinə yetirərək, nizamnamə kapitalını 50 milyon manata çatdırıb.
Bankın İdarə Heyətinin Sədr müavini Elnur Hacızadənin Banker.az saytına verdiyi məlumata əsasən Bank ayın 26-sında son səhmlərini yerləşdirib. Hazırda isə Bankın nizamnamə kapitalı 50 milyon 5 min manat təşkil edir.
Qeyd edək ki, Mərkəzi Bankın qərarına görə, ilin sonuna qədər məcmu kapitalını 50 milyon manata çatdırmayan banklar ya başqa banka birləşməli, ya bank olmayan kredit təşkilatına çevrilməli, ən pis halda isə bağlanmalı olacaqlar