“Qafqaz İnkişaf Bankı”nın səhmdarları martın 20-də bankın digər banklarla birləşməsi məsələsini müzakirə edəcəklər. Bu barədə Trend bankın saytına istinadən məlumat verir.
Səhdmarların növbədənkənar yığıncağı “Qafqaz İnkişaf Bankı”nın Müşahidə Şurasının tələbi üzrə keçiriləcək.
Trend-in daha əvvəl verdiyi məlumata görə, “Qafqaz İnkişaf Bankı” “Günay Bank” və “Atrabank” ilə birləşmək niyyətindədir.