25 C
Baku
Thursday, August 18, 2022

Daha bir bank elektron arayış xidmətinə qoşuldu

Rabitəbank ASC öz filiallarında quraşdırılmış elektron hökumət portalı vasitəsilə müraciət edən şəxslərin bankdan ayrılmadan arayış əldə etmələri üçün şərait yaradıb.

Məlumat Hesablama Mərkəzi və Rabitəbankın uğurlu əməkdaşlığının nəticəsi olaraq istifadəyə verilmiş www.e-gov.az elektron hökumət portalından müştərilərin daha rahat istifadəsi təmin edilmiş olacaqdır.

Rabitəbank-ın bütün filiallarında Rabitə və Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə imzalanmış müqaviləyə əsasən “Elektron Hökumət”in qeydiyyat məntəqələri yerləşdirilmiş və müştərilərin sadəcə şəxsiyyət vəsiqələri ilə filiallara yaxınlaşaraq iş yerini və əmək haqqılarını təsdiq edən arayışlarını əldə etmək imkanı yaradılmışdır.

Son xəbərlər
Oxşar xəbərlər