ASC “Xalq” Bankının Bakı şəhərində yeni filialı fəaliyyətə başlayıb. Xalq Bankın yaranmasının onilliyində açılan yeni filiala “Yubiley” adı verilib.
Yeni filial əhaliyə və kommersiya şirkətlərinə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.
Filial, Bakı şəh., Azərbaycan pr-ti 11, ünvanda yerləşir. Telefon: (012) 497 5812; Faks: (012) 497 58 14.