“Bank Technique” ASC-nin rəhbərliyi 8 milyon manata qədər uzunmüddətli subordinasiya kreditinin cəlb edilməsi barədə qərar qəbul edib. İri kreditin cəlb edilməsi ölkədə baş vermiş son devalvasiya prosesləri nəticəsində azalmış kapitallaşmanın bərpası istiqamətində atılmış ilk addımdır.
Yeni qərarla yanaşı, bankda manatın devalvasiyası ilə əlaqədar bank bazarındakı vəziyyəti şərh ediblər: “Rəhbərlik valyuta məzənnələrinin dəyişməsi proseslərinin ilin yekunlarına görə gəlirliyə təsir edəcəyini istisna etmir, lakin bu qətiyyən müştərilərimizə təsir etməyəcək, bankın iflası haqqında fikirlər isə absurddur. Qeyd etmək vacibdir ki, “Fitch Ratings” agentliyi bankın reytingini “B-“ səviyyəsində təsdiq edib, mövqelərimiz sabitdir, misal üçün, likvidlik əmsalı kimi mühüm göstərici fevral ayı üçün normativ tələbləri iki dəfədən çox üstələyib və 59,37% olub ki, bu öhdəliklərin tam yerinə yetirməsinə işarə edir”, – Bankda bildiriblər.
“Eyni zamanda, hətta devalvasiya prosesləri ərzində Bankın depozit portfelinin artımı qeydə alınıb. Belə ki, 20 fevral 2015-ci il tarixinə fiziki şəxslərin əmanət portfeli 195,4 milyon manat təşkil edirdisə, martın 17-nə bu göstərici müvafiq olaraq 11,87% artaraq 218,6 milyon manata bərabər olub. Təbii ki, artım xarici valyutada olan əmanətlərin bahalaşması ilə şərtlənir, lakin 20 fevral tarixinə qüvvədə olan məzənnə ilə hesabladıqda belə, xalis artım 1,74% təşkil edir.