2 C
Baku
Saturday, December 14, 2024

Daha bir bank rəhbərliyində dəyişikliklər olub

“Dekabank”ın Müşahidə Şurasında (MŞ) dəyişiklik olub. Məlumata görə, MŞ üzvlərinin sayı 5-dən 3-ə endirilib. Şuraya əvvəlki kimi Sürəyya Ağazadə rəhbərlik edir. Bununla belə, MŞ-da yeni üzv də var – Bu, Lalə Ağazadədir. MŞ-nın digər üzvü kimi isə Azər Hüseynov qalmaqdadır. Rəfail Ağayev, Sərxan Həsənov və Ramal Quliyev MŞ-dan kənarlaşdırılıb.

Bankın İdarə Heyətinin (İH) üzvlüyündən isə Maliyyə və Əməliyyat Departamentinə rəhbərlik edən Bəhram Hüseynov çıxarılıb. Hazırda İH-nə Niyazi Vəliyev rəhbərlik edir. Onun müavini İsmayıl Əliyev, İH-nin digər üzvü isə Adil Səfərovdur.

Fins.az

Son xəbərlər
Digər xəbərlər