13 C
Baku
Friday, April 19, 2024

Daha bir bankın əmlakı 420 min manata hərraca çıxarılır

27 aprel 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

Banker.az xəbər verir ki, daşınmaz əmlak Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanında istifadədə olan 0,0261 ha torpaq sahəsində yerləşən (ü/s 278,90 kv.m) qeyri-yaşayış binasıdır.

Daşınmaz əmlakın ilkin satış qiyməti 420000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)

Son xəbərlər
Digər xəbərlər