Banker.az xəbər verir ki, ölkə banklarından növbəti bir bankın aktivlərində azalma qeydə alınıb.
Belə ki, cari ilin 1 avqust tarixində Para Bankın aktivləri azalaraq, 176 826 130 manat təşkil edib. Bu göstəricilər isə ötən ay ilə müqayisədə 10 122 754 manat və yaxud 5.4% azalıb.
Bankın kapitalında isə cüzi artım olub. Belə ki, bir ay ərzində kapital 130 822 manat artaraq 53 110 824 manat təşkil edib.