16 C
Baku
Thursday, April 25, 2024

Daha bir Bankın taksit kartı – Həzz Kart

Bu günə kimi sizə müxtəlif kredit kartları haqqında məlumatlar vermişik. Məhz bu kredit kartları hesabına bir çoxları istədiyi hər hansı bir məhsulu Bankın partnyor olduğu mağazalarından çox rahat şəkildə əldə edirlər. Təbii ki, kartdan düzgün istifadə etmək də ən vacib məsələlərdən biridir. Çünki yanlış istifadə və daha çox pul xərclədiyiniz zaman ödənişlə bağlı problemlə yaşaya bilərsiniz.

Bu dəfə isə AG Bankın taksit kartı olan Həzz Kart haqqında danışacağıq.

Həzz Kart –Pulsuz və faizsiz kredit kartıdır. Həzz Kart- da digər Bankların taksit kartları kimi partnyor olan geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, habelə restoran, supermarket, turizm, kinoteatr və digər ticarət obyektlərində keçərlidir.

Bu kart vasitəsi ilə alıdığınız mal və ya xidmətlərin dəyəri 1,3,6,12,18 və 24 aylara bölünür və əlavə faiz hesablanmadan bərabər hissələrlə ödəyə bilərsiniz. Ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində istədiyiniz qədər istifadə edə bilərsiniz.

10347419_769544409775820_6233096726895604167_n (1)

Bankın müvafiq partnyor şəbəkəsi daxilində kartla apardığınız hər bir əməliyyatından sonra kartınıza müəyyən bonuslar yığılacaq. Hesablanmış bonusları isə Bankın partnyor şəbəkəsi daxilində istifadə edə bilərsiniz.

Həzz Kart əldə etmək istəyənlər banka şəxsiyyət və iş yerindən arayış təqdim etməlisiniz. Hər etdiyiniz alış-verişin ödənişini isə növbəti ayın 1- 11-dən ödəməlisiniz.

Kart üçün əsas göstəricilər

  • Kartın müddəti: 36 ay
  • Kartın qiyməti: Pulsuz
  • Məbləğ: 300 – 6 000 AZN
  • Yaş həddi: 18- 65
  • Zamin: Tələb olunmur

Sonda isə bildirmək istərdik ki, taksit kart əldə etdiyiniz zaman, çalışın kartınız haqqında daha məlumatlı olun.

Kart sahibi olduqdan bir müddət sonra kifayət qədər məlumatınız olmadıqda ödəmələrdə gecikmələrə, və hətta ən pis halda borc ödəyə bilməmə səbəbindən mənfi kredit tarixşəsi sahibi ola bilərsiniz. Bu səbəbdən də əldə etmək istədiyiniz hər hansı bir məhsul haqqında bütün bankların təkliflərini araşdırın və sizə ən uyğun olan bankın təklifini dəyərləndirin.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.