15 C
Baku
Sunday, November 24, 2024

Daha bir BOKT bazarı “əliboş” tərk edir

Azərbaycanda kredit bazarına girmək məqsədi ilə təsis edilən daha bir şirkət BOKT lisenziyasını ala bilməyib.

Banker.az xəbər verir ki, ötən həftə nizamnamə kapitalını 300 min manatdan 10 manata endirdiyini elan edən “Marja İnvest Bank Olmayan Kredit Təşkilatı” MMC adını dəyişib. Qurum bundan sonra “Marja İnvest” MMC kimi fəaliyyət göstərəcək.

“Marja İnvest BOKT” (VÖEN) 2022-ci ilin avqustunda təsis edilmişdi və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən Bakı şəhəri Nizami rayonu, Azər Manafov, ev 16, m. 55 ünvanında qeydiyyata alınmışdı.

Şirkətin direktoru Aysel Quliyeva Qüdrət qızı idi.

Bank olmayan kredit təşkilatları haqqında qanunun 6.1-ci maddəsinə əsasən BOKT-nin adında “bank olmayan kredit təşkilatı” sözləri olmalıdır. Heç bir BOKT sənədlərdə, elanlarda və ya reklamlarda öz nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.

Qeyd edək ki, belə bir hadisə mart ayında da baş vermişdi. “ALFACREDİT” MMC 2022-ci ilin noyabrında bank olmayan kredit təşkilatına – “Alfacredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilmişdi. BOKT lisenziyası əldə edə bilməyib, yenidən əvvəlki adına qayıtdı.

Daha biri – 2010-cu ildə yaradılan, lakin hazırda lisenziyası olmayan “AR Group” Bank Olmayan Kredit Təşkilatı MMC adını dəyişərək “İESCO” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilib.

Lisenziya almaq üçün növündən asılı olmayaraq BOKT-lər tərəfindən Azərbaycan Mərkəzi Bankına müraciət edilir və requlyator onların lisenziyanı əldə etməsi üçün aşağıdakı sənədlər təqdim edilməsini tələb edir:

təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi (min. Nizamnamə kapitalı 300 min manat);
təşkilati strukturu haqqında məlumat;
inzibatçıların nəzərdə tutulmuş peşə yararlılığı və məhkumluğun olmaması tələblərinə uyğun olması haqqında məlumat;
maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri, o cümlədən (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə müddətləri, faiz dərəcələri) barədə məlumat;

inzibatçıların iş təcrübəsini təsdiqləyən sənədin əsli və ya sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);

lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

Bu, yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.

AMB iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı və lisenziyanı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir

Son xəbərlər
Digər xəbərlər