13 C
Baku
Sunday, November 27, 2022

Daha bir dövlət şirkətinin yığılmış zərəri 100 mln. manata çatıb

İstilik təchizatı sahəsində Azərbaycanın vahid texniki iqtisadi siyasətini həyata keçirən Azəristiliktəchizat ASC 2021-ci ili böyük zərərlə tamamladı.

Bu barədə Banker.az dövlət şirkətinin il üzrə ilik audit hesabatına istinad edir.

Hesabata görə ötən ildə, onun cəmi gəlirləri illik müqayisədə 16.63 milyon manat, yaxud 25% azalaraq 49.61 milyon manat təşkil edib.

Dövlət şirkətinin gəlirlərindəki kəskin azalmanı dövlət tərəfindən Zərərin bağlanması üçün büdcədən alınmış subsidiyaların 32% azalaraq cəmi  36.44 milyon manat olmasıdır.

Azəristiliktəchizatın əsas əməliyyat gəliri (əhaliyə göstəridityi xidmətə görə gəliri) illik müqayisədə 3% artaraq 12.64 milyon manat olub.

Dövlət müəssisəsinin cəmi gəlirləri isə hesabat ilində 59.98 milyon manat olmaqla öncəki ildən 8% az olub. Burada, satışın maya dəyəri 58.53 milyon manat (2020: 63.88 mln. manat), inzibati xərclər 1.26 mln. manat (1.18 mln. manat) və sair xərcləri isə 0.19 mln. manat (0.18 mln. manat) təşkil edib.

Beləliklə, Azəristiliktəchizatın 2021-ci il üzrə xalis zərəri 10.37 milyon manat olub. 2020-ci il üzrə o xalis mənfəətlə – 0.99 milyon manatla maliyyə ilini bitirmişdi.

Bu zərərdən sonra onun balansında 1 yanvar 2022-ci il tarixinə yığılmış zərər 91.92 mln. manata yüksəlib.

Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti  — İstilik təchizatı sahəsində Azərbaycanın vahid texniki iqtisadi siyasətini həyata keçirən və mərkəzləşdirilmiş istilik və isti su xidmətləri göstərən və səhmlərinin 100 faiz paketi dövlətə məxsus şirkətdir.

2

3 1 1

Son xəbərlər
Digər xəbərlər
X