24 C
Baku
Tuesday, September 27, 2022

Daha bir icra başçısı müavini vəzifəsindən ayrılıb

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, bu, Fəxrəddin Vəliyev Vəli oğludur.

O, 2 iyun 1955-ci ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuşdur.

2013-cü ilin dekabr ayının 27-dən ötən aya kimi  Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  vəzifəsində  işləyirdi.

O, 2022-ci ilin YAP Şəmkir rayon təşkilatına rəhbər təyin edilib.

İcra Hakimiyyətində onun yerinə təyinat baş tutmayıb.

Qeyd edək ki, bundan öncə analoji hal Qəbələ RİH-də də baş vermişdi. Başçının birinci müavin Ağasəfov Abil Adil YAP Qəbələ rayon təşkilatının sədri təyin edildiyinə görə vəzifəsindən ayrılmışdı.

Son xəbərlər
Oxşar xəbərlər