Nazirlər Kabinetinin “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 dekabr tarixli 235 nömrəli və “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 dekabr tarixli 584 nömrəli qərarlarında dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
2021-ci il 19 noyabr tarixli 358 nömrəli Qərara əsasən, “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na əlavə olunan İqtisadi Elmi Tədqiqat İnstitutuna doktorant hazırlamaq səlahiyyəti verilib.