Daha bir iqtisadiyyat nəhənginin prezidenti “Davos”dan imtina etdi

Fransa Prezidenti Emmanuel Makron sıx qrafik səbəbindən Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

Bu barədə məlumatı Bannker.az  Report-a istinadən yayıb. Məlumatda  E.Makronun “sarı jiletlilər”in etirazlarına görə ölkədəki vəziyyətə nəzarət etməyi planlaşdırdığı qeyd olunur.

Qeyd edək ki, daha əvvəl ABŞ lideri Donald Tramp Foruma səfərini ləğv edib.

AFP PHOTO

İqtisadi forum yanvar 22-25-də İsveçrənin Davos şəhərində keçiriləcək.