Azərbaycanda “Red Lombard-2021” MMC adlı yeni lombard şirkəti yaradılıb.
Banker.az xəbər verir ki, şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 19 may 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 10 manat olmaqla, ona qanuni təmsilçiliyi İlknur Sadıqov Ramiz oğlu edəcək.
“Red Lombard-2021” şirkəti Şəmkir rayonu, Dəllər qəsəbəsində dövlət qeydiyyatına alınıb.