26 C
Baku
Wednesday, July 17, 2024

Daha bir marşrut xəttində gediş haqqı “BakıKart”la ödəniləcək

Sabahdan etibarən 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi – Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

– Zabrat qəs. Nərimanov 23

– Ramana qəs. Daş Karxanası (ümumilikdə 6 ünvanda)

– Sadiq Cəfərov 26, Zabrat

– Babək 336, Zabrat

– Oktyabr küç. Zabrat

– Sabunçu qəs. Şəhər şosesi

Son xəbərlər
Digər xəbərlər