-3 C
Baku
Sunday, December 15, 2024

Daha bir marşrutda gediş haqqı kartla ödəniləcək

Sabahdan etibarən 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, “BakıKart”-ın balansını artıra bilməsi üçün sərnişinlər Xırdalan şəhərində, aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə POS terminallar yerləşdirilib.

Hacı Zeynalabdin Tağıyev küçəsi 107;

Mehdi Hüseynzadə küçəsi 619;

Nəsibə Zeynalova küçəsi 1;

Nizami Gəncəvi küçəsi 12;

Heydər Əliyev prospekti.

Son xəbərlər
Digər xəbərlər