Azza MMC Balakəndə icra olunacaq bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib.
Banker.az xəbər verir ki, bu sözləri Mikayıl Cabbarov özünün tviter səhifəsində paylaşıb.
Qeyd edək ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2.726 layihə üzrə 145,9 mln. manat güzəştli kredit ayrılıb.
Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.