Daha bir neft ixrac edən ölkədə benzinin qiyməti artırılır

Venesuelada benzinin qiymətinin artırılmasına başlanılır.

Bu barədə ölkə prezidenti Nikolas Maduro açıqlama verib.

Onun sözlərinə görə, bu proses mərhələli şəkildə, 2 il davam edəcək və sonra Venesuelada benzinin qiyməti dünya səviyyəsinə çatdırıraq onun “havayı” satışına son qoyulacaq.

Xatırladaq ki, Venesuelada benzinin 1 lirti 0,01 ABŞ dollarına satılır ki, bu da dünya üzrə ən aşağı qiymətdir.