25 C
Baku
Saturday, July 27, 2024

Daha bir ölkə “Bayraktar” aldı

Kosovo ordusuna beş ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) təhvil verilib.

Bu barədə “Klan Kosova” nəşri məlumat yayıb.

Bildirilib ki, PUA-ların alınması barədə müqavilə 7 ay əvvəl Kosovonun müdafiə naziri Armend Mehaj tərəfindən imzalanıb.

Məlumata görə, Kosovonun PUA-lara olan marağı Ukraynada müharibənin başlamasından sonra yaranıb. Türkiyə istehsalı “Bayraktar TB2” PUA-ları müharibənin əvvəlində Ukrayna ordusu tərəfindən aktiv istifadə edilib.

Son xəbərlər
Digər xəbərlər