17 C
Baku
Wednesday, October 5, 2022

Daha bir ölkə “Bayraktar” aldı

Türkiyənin “Baykar” şirkəti bu ay Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) “Bayraktar TB2” zərbə PUA-ları tədarük edib.

Bu barədə “Reuters” agentliyi Türkiyədəki mənbələrinə istinadən məlumat yayıb.

Agentlik bildirir ki, bu ölkəyə ilkin olaraq 20 PUA təhvil verilib. Tədarüklərin davam edəcəyi bildirilir.

Qeyd olunur ki, BƏƏ ilə yanaşı Səudiyyə Ərəbistanının da Türkiyə PUA-ları ilə maraqlanır. Rəsmi Ər-Riyad Türkiyə PUA-ları üçün yerli fabrik qurmaq istəyir.

Şirkətin icraçı direktoru Haluk Bayraktar ötən ay “Baykar”ın TB2 üçün 22 ölkə ilə ixrac müqaviləsi imzaladığını bildirib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər