29 C
Baku
Thursday, July 18, 2024

Daha bir ölkə şenqen məkanına qoşulur

Xorvatiyanın daxili işlər nazirliyinin dövlət katibi Tereziya Qras ölkəsinin 2018-ci ilin sonuna kimi Şenqen məkanına daxil olmaq üçün tələb olunan bütün şərtləri yerinə yetirəcəyini bildirib. O, Xorvatiyanın 2020-ci ildə Şenqen məkanına daxil olmasına ümid etdiklərini deyib.

Banker.az AZerTag-a istinadla xəbər verir ki, onun fikrincə, Şenqenə inteqrasiya ilə Xorvatiyanın və Avropa İttifaqının (Aİ) təhlükəsizliyi daha da güclənəcək. Xorvat vətəndaşların sərbəst hərəkəti iqtisadiyyat və turizm kimi sahələrin inkişafına zəmin yaradacaq.

Qeyd edək ki, Xorvatiya Avropa İttifaqının üzvü olan amma Şenqen məkanına daxil olmayan altı ölkədən biridir (Rumıniya, Bolqarıstan, Kipr, Böyük Britaniya, İrlandiya, Xorvatiya). Şenqen məkanına isə 22 Aİ ölkəsi və 4 ittifaqa üzv olmayan ölkələr daxildir (Norveç, İslandiya, İsveçrə və Lixtenşteyn).

Son xəbərlər
Digər xəbərlər