5 C
Baku
Friday, March 29, 2024

Daha bir ölkə Azərbaycandan “yaşıl enerji” idxal etmək istəyir

“Milli planımıza əsasən Rumıniyanın qərbinə Xəzər dənizindən “yaşıl enerji” keçidinə hazır olmalıyıq”.

Bunu Rumıniyanın energetika naziri Daniel Virgil Popesku bu gün işə başlayan Bakı Enerji Forumunda bildirib.

Nazir Azərbaycan və digər tərəfdaş ölkələrin Sofiyada imzaladığı dördtərəfli sazişin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

O qeyd edib ki, enerji mənbələri ilə bağlı çətinliklər var: “Biz qarşıdakı illərdəki böhrana hazır olmalıyıq və bərpa olunan enerji mənbələrini idxal etmək istəyirik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər