19 C
Baku
Friday, May 3, 2024

Daha bir ölkə “Bayraktar” alır

Türkiyənin silahlı pilotsuz uçuş aparatı “Bayraktar TB2” Slovakiyanın da diqqətindədir.

Slovakiyanın müdafiə naziri Yaroslav Nad Türkiyədən “Bayraktar TB2” Silahlı Pilotsuz Uçuş Aparatının (SİHA) alınması üçün danışıqlara başlanıldığını açıqlayıb.

“Baykar”ın baş direktoru Haluk Bayraktar Slovakiya heyəti ilə görüşüb.

“Slovakiya ordusunun pilotsuz uçuş aparatları ilə təminatı istiqamətində işlər davam edir, bu gün cənab Bayraktarla gözəl bir görüş keçirdik”, – nazir görüşlə bağlı sosial media hesabından açıqlama verib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər