12 C
Baku
Wednesday, December 11, 2024

Daha bir ölkə dollardan imtina edib

Venesuela rəsmiləri ABŞ-ın sanksiyaları ilə bağlı valyuta bazarında dollar satışını dayandırmağı və digər valyutalardan istifadə etməyi qərara aldılar. Bu barədə Bloomberg agentliyinə iqtisadi məsələlər üzrə vitse-prezident Tarek əl-Aissami məlumat verib.

Bu qərarı, Venesuelanın iqtisadi sisteminə təsir göstərən «qeyri-qanuni tədbirlər» ilə izah ediblər. El-Assaimi əlavə edib ki, sanksiyaların öhdəsindən gəlmək üçün hakimiyyət Avropada və Asiyada hesabları açacaq, ABŞ dolları istisna olmaqla, avro, yuan və digər valyutalardan istifadə edəcək.

Bloombergin yazdığına görə, indi bir dollar rəsmi olaraq 63 Venesuela bolivarı dəyərindədir, «qara bazarda» isə dəyəri 130-dan çox bolivar ola bilər.

May ayında Nikolas Maduro maliyyə və iqtisadi böhranın fonunda ölkənin prezidenti seçilib və avqust ayında Venesuelanın milli valyutasını dollarla müqayisədə 96% devalvasiya olub. ABŞ Dövlət katibi Mayk Pompeonun sentyabr ayında Venesuela rəhbərliyinə təzyiqləri artıracağını söyləyib, onun sözlərinə görə bu addımlar, «doğrudan birbaşa Venesuela xalqının maraqlarına qarşı işləyir».

Üç gün sonra, sentyabrın 25-də Vaşinqton 2012-2013-cü illərdə ölkənin baş prokuroru kimi fəaliyyət göstərən Maduronun həyat yoldaşı Celia Floresə sanksiyalar tətbiq edilib. Venesuelanın prezidentinə yaxın olan beş nəfər isə 2017-ci ilin iyul ayından etibarən sanksiyaların tətbiq ediləcək insanlar siyahısında olub.

Son xəbərlər
Digər xəbərlər