Azərbaycanın üç peyk layihəsinin üçü də maliyyələşdirilib. Bununla bağlı beynəlxalq banklardan kredit götürülüb. Burada təminən 700 milyon manat investisiyadan söhbət gedir.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
“Xərcin 85%-i kreditlər hesabına formalaşıb. “Azərspace 1” peyki orbitə buraxılanda onun müddəti 15 il nəzərdə tutulurdu. Yanacaqdan qənaətli istifadə edəndə peykin müddətini bir qədər artırmaq olur. Bu peykin istifadə müddətini təmxinən 16 il 9 aya çatdırmışıq. Bir az da qənaətlə istifadə etsək, bu müddəti 17 ilə çatdırarıq. “Azerspace 2” peykinin isə 2018-ci ildə müddəti 20 il nəzərdə tutulmuşdu. 2038-ci ilə qədər bu peyk çalışacaq. Növbəti iyirmi il üçün bizim valyuta qazancımız 1-1,5 milyard manatı keçəcək”,- deyə qurum rəhbəri bildirib.