12 C
Baku
Saturday, November 23, 2024

Daha bir ölkə koronavirusla bağlı məhdudiyyətləri ləğv edib

Qətər hökuməti tibb müəssisələrində qoruyucu maskaların taxılması istisna olmaqla, koronavirusun yayılmasının qarşısını almaq üçün bütün məhdudiyyətləri və ehtiyat tədbirlərini ləğv edib.

Bu barədə hökumətin kommunikasiya idarəsinin tviter səhifəsində dərc olunmuş bəyanatında deyilir.

“Nazirlər Şurası bütün vətəndaşların, sakinlərin və ölkəyə gələnlərin tibb müəssisələrində maska taxması tələbi istisna olmaqla, COVID-19 ilə bağlı əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib”, – sənəddə deyilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər