Myanmanın investisiya və xarici iqtisadi əlaqələr naziri Kan Zav bildirib ki, ölkə bu ilin oktyabr ayından Rusiyanın “Mir” ödəniş sisteminin kartlarını qəbul etməyə başlayacaq, Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir.
“Bu məsələdə irəliləyiş var. Ümid edirik ki, Myanmada “Mir” kartları oktyabr ayından etibarən qəbul ediləcək. Mərkəzi Bankla 6 kommersiya bankı arasında razılaşma var”, – Kan Zav söyləyib.
Şərq İqtisadi Forumu çərçivəsində Myanma da rusiyalı tərəfdaşları ilə turizmlə bağlı müqavilə bağlamalıdır ki, bu da “turist mübadiləsini artırmağa imkan verəcək”.