İslandiyanın Rusiyanın paytaxtı Moskvadakı səfirliyi fəaliyyətini dayandırıb.
Bu barədə səfirlik məlumat yayıb.
Səfirlik əməkdaşlarının sözlərinə görə, binanın qarşısındakı dirəkdən bayraq endirilib və lövhələr sökülüb.
Həmçinin bildirilib ki, üç gün əvvəl bina tamamilə boşaldılıb.
Xatırladaq ki, bu ilin iyun ayında İslandiya səfirliyi 1 avqust tarixindən fəaliyyətini dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Rəsmi Reykyavik Rusiya ilə münasibətlərin ən aşağı səviyyədə olduğunu bildirmişdi.