Moldova Rusiyadan qaz nəqlini dayandırmağa hazır olduğunu açıqlayıb. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, ölkənin Baş nazirinin müavini Andrey Spinu bildirib ki, “Qazprom” enerji resurslarının tədarükünü dayandıracağı təqdirdə Moldovanın ehtiyatları var.
“Moldova hazırdır və “Qazprom” tədarükü kəsmək qərarına gələrsə, buna tab gətirmək üçün kifayət qədər ehtiyata malikdir. Təxminən 24 milyon kubmetr qaz ehtiyatımız var ki, bu da bir aylıq yay istehlakına bəs edəcək”, – deyə Andrey Spinu söyləyib.
İndi ölkənin Baş nazirinin müavini izah edir ki, Moldova hələ də “Qazprom”dan bununla bağlı gələcək planlarını açıqlamayıb. O əlavə edib ki, Rusiya tərəfinin Moldovaya qaz nəqlini dayandırmaq hüququ var.