İtaliyanın Ukraynadakı səfirliyi yenidən Kiyevdə fəaliyyət göstərəcək.
Bu barədə İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib.
Onun sözlərinə görə, aprelin 17-dən sonra səfirlik Kiyevə köçürüləcək: “Təhlükəsizlik şərtlərinə nəzarətlə bağlı bütün prosedur qaydalar avropalı tərəfdaşlarımızla koordinasiyalı şəkildə həyata keçiriləcək”.