Xorvatiya hökuməti Kiyevə 30 milyon avro məbləğində səkkizinci hərbi yardım paketinin ayrılması barədə qərar qəbul edib.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Xorvatiya hökumətinin üzvləri cümə axşamı iclasın qapalı hissəsində Ukraynaya yardımı müzakirə ediblər.
Mətbuat xidməti yardımın ayrılması qərarını qısa şəkildə elan edib və detalları açıqlanmayıb.
Bununla da Xorvatiyanın ümumi yardımı təxminən 256 milyon avro olub.