15 C
Baku
Thursday, May 9, 2024

Daha bir ölkə Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı bəyannaməyə qoşulub

Yunanıstan Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı G7 bəyannaməsinə qoşulmaq qərarına gəlib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Afinada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

“Yunanıstan Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsinə qoşulub. Biz təhlükəsizlik zəmanətlərinin formatını effektiv təhlükəsizlik təminatlarına ehtiyacı olan digər dövlətlər üçün modelə çevirmək istiqamətində bu işi ikitərəfli səviyyədə davam etdirəcəyik. Dünya bir dövlət kimi mütləq daha sabit olacaq”, – deyə Zelenski əlavə edib.

Xatırladaq ki, NATO-nun iyul ayında Vilnüsdə keçirilən sammiti zamanı G7 ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalamaq qərarına gəliblər.

Belə bir təşəbbüs Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahəsində uzunmüddətli dəstək verir. İstənilən ölkə qoşula bilər.

Bəyannaməyə qoşulanlar arasında Çexiya, Danimarka, Niderland, Norveç, İspaniya və İsveç var.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər