Cənubi Afrika Respublikasında (CAR) COVID-19-un “Eris” kimi tanınan yeni EG.5 ştamına ilk yoluxma qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yoluxma ölkənin şimalındakı Qauteng əyalətində aşkar edilib.
Səhiyyə Nazirliyi əhalini peyvəndlənməyə çağırıb.
Xatırladaq ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Eris”in dünyada sürətlə yayıldığını, lakin hələlik qlobal sağlamlıq üçün o qədər də təhlükəli olmadığını bildirmişdi.