12 C
Baku
Saturday, November 23, 2024

Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma aşkarlanıb

Şri-Lankada meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb.

Xəbəri Şri-Lanka Səhiyyə Nazirliyi də təsdiq edib.

Xəstəlik 20 yaşlı kişidə aşkarlanıb.

O, iki gün əvvəl Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) qayıdıb.

Onun hazırda Kolombodakı xəstəxanalardan birində müalicə olunduğu bildirilir.

Qeyd edək ki, meymunçiçəyinə ən çox yoluxma halı ABŞ (27 128 nəfər), Braziliya (8 621), İspaniya (7 239), Fransa (4 064) və Böyük Britaniyada (3 673) qeydə alınıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər