Argentinada ölkə sakinlərindən birinin meymunçiçəyinə yoluxduğu faktı təsdiqlənib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İlk ehtimal olunan xəstədən götürülən testin nəticəsi müsbət olub”, – nazirlikdən bildirilib.
Pasiyent özünü yaxşı hiss edir və müalicə olunur. Onun birbaşa təmasda olduğu bütün insanlar həkim nəzarətindədir, lakin onlarda xəstəliyin heç bir əlaməti yoxdur.