7 C
Baku
Thursday, December 12, 2024

Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Kuba həkimləri meymunçiçəyinə ilk yoluxma halı qeydə alıblar.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, yoluxmuş şəxs avqustun 15-də İtaliyadan ölkəyə gələn turistdir. İki gün sonra onda infeksiya əlamətləri yaranıb və bu, testlərlə təsdiqlənib. Xəstənin vəziyyəti ağırdır.

Meymunçiçəyi nadir virus xəstəliyidir, əsasən vəhşi heyvanlardan insanlara ötürülür. Onun əlamətləri hərarət, başağrısı, əzələ və bel ağrısı, titrəmə və yorğunluq daxildir. Dəri səpkiləri üzdə və bədənin digər hissələrində də yaranır.

 

 

Son xəbərlər
Digər xəbərlər