10 C
Baku
Thursday, December 12, 2024

Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlandı

Misirdə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, meymunçiçəyi virusuna yoluxan 42 yaşlı pasiyent Ümumdünya Səhiyyə Təşkilatının təlimatına uyğun şəkildə müalicə olunur və onun həyatı üçün təhlükə yoxdur.

Misirin səhiyyə naziri Xalid Abdel-Qaffar jurnalistlərə müsahibəsində bildirib ki, meymunçiçəyi virusuna yoluxmuş xəstələrin müalicəsində effektli dərman olan Tekovirimat preparatı alınıb. ABŞ-ın “SIGA Tecnhnologies” əczaçılıq şirkətinin istehsal etdiyi bu preparat Avropa Əczaçılıq Agentliyi tərəfindən təsdiq olunub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər