26 C
Baku
Tuesday, April 30, 2024

Daha bir ölkədə meymunçiçəyinə yoluxma qeydə alınıb

Pakistanda meymunçiçəyi virusuna ilk yoluxma halı aşkarlanıb.

Bu haqda Pakistan Səhiyyə Nazirliyinin sözçüsü məlumat yayıb.

Ölkədə xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün hava limanlarında karantin elan olunub.

Bildirilir ki, Səudiyyə Ərəbistanından deportasiya edilən şəxsdə qeydə alınıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, 2022-ci ilin yanvar ayından dünyada 86 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb, 119 nəfər ölüb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər