Papua-Yeni Qvineyada ölüm hökmü ləğv edilib.
Bu barədə yerli “Post Courier” nəşri məlumat yayıb.
Bildirilib ki, bu ölkədə ölüm hökmünə məhkum edilənlərin hamısının cəzası amnistiya hüquq olmadan 30 il müddətinə ömürlük həbs cəzası ilə əvəz olunub.
Papua-Yeni Qvineyada 1984-cü ildə qəbul edilmiş ölüm cəzası qatillərə, təcavüzkarlara, quldurlara, habelə dövlətə xəyanətdə ittiham olunan şəxslərə tətbiq olunurdu.
Nəşrin məlumatına görə, ölkədə ölüm hökmünə məhkum olunmuş 14 cinayətkar var, onlardan ikisi axtarışdadır.
Ölkədə edam hökmü asılma üsulu ilə həyata keçirilirdi.