11 C
Baku
Saturday, November 16, 2024

Daha bir qurumda Apellyasiya Şurası yaradılıb

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Apellyasiya Şurası yaradılıb.

Bu barədə Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrasına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunda Apellyasiya Şurası yaradılıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi 7 nəfərdən ibarət Apellyasiya Şurasına Fondun məsul əməkdaşları daxildir. Apellyasiya Şurası Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, şikayətlərə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.

 

Trend

Son xəbərlər
Digər xəbərlər