“Rosaviasiya” Rusiyanın “Ural aviasiya” şirkətinə üç beynəlxalq istiqamətdə uçuşlara icazə verib. Bunlar Volqoqrad – Bakı, Volqoqrad – Gəncə və Volqorad – Yerevan istiqamətləridir.
Rusiya KİV-ə istinadən, “Rosaviasiya”nın uçuşa icazə verməsi şirkətin bu istiqamətlərdə reyslərin dərhal həyata keçiriləcəyi anlamına gəlmir.
Bu icazə marşrutun hazırlanması üçün ilk mərhələdir, daşıyıcının çıxışı barədə qərar yalnız bütün amillərin təhlilindən sonra veriləcək.
© Oxu.az