Şirvan şəhəri ilə Bakı arasında elektrik qatarları istifadəyə veriləcək.
Banker.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Hesabatda bildirilir ki, bu istiqamətdə tələb olunan elektrik qatarlarının və vaqonların alınmasına dair bənd Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planında nəzərdə tutulub.