“AFB Bank”-da yeni təyinat olub
Belə ki, Səfər Aslanov AFB Bankın Marketinqinə rəhbərlik edəcək.
Niderland Beynəlxalq Marketinq Akademiyası (NİMA) məzunu olan Səfər Aslanov daha öncə “Keepface” şirkətində Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə layihə meneceri, “Amapola” şirkətində Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Sonuncu iş yeri, “Auto Azərbaycan” şirkətində Marketinq direktoru olan Səfər Aslanov, AFB Bankda bu vəzifəsinin icrasına Sentyabr ayından etibarən başlayıb.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.